Türkiyənin Kastamonu şəhərində yaşayan Erol Ünal vəfat etdikdən sonra da həyat yoldaşı ilə bir yerdə olmaq üçün öz məzarlarını tikdirib. Ünal hər gün ziyarət etdiyi məzarda dincəldiyini bəzən də yatdığını deyib. Məzar daşına “Yaxşı gündə də, pis gündə də bir yerdə olduq” sözlərini yazdıran E.Ünal “İstanbuldan kəndimə gələndə ağlıma ölüm gəldi. Heç kimə yük olmaq istəmədim, qəbirlərimizi indidən tikdirmək qərarına gəldim. Bağımı çox sevdiyim üçün burada düzəltdirdim” deyə bildirib.
Uzun illər İstanbulda işləyib təqaüdə çıxan ailə 7 ay əvvəl kəndlərinə qayıdıblar. Xəstəlikləri ilə əlaqədar ölümü düşünməyə başlayan cütlük uşaqları olmadığı üçün bu fikrə gəliblər.
Kənddə yaşayan insanlar Erol Ünalın düzəltdirdiyi məzarda yatdığını ilk öyrənəndə şoka düşdüklərini bildiriblər.
Ünal əvvəlcə həyat yoldaşının bu işə razı olmadığını deyib. Həyat yoldaşım bir az istəksiz olsa da, sonradan onun razılaşdığını bildirib.
İlk dəfə məzarları görəndə təəccübləndiyini deyən Erol Ünalın həyat yoldaşı Firdevs Ünal isə açıqlamasında bunları deyib: “Xəstəliyə görə əməliyyat olunacaqdım. Mənə bu barədə əməliyyata gedəndə dedi, mən də şoka düşdüm. Dedim niyə düzəldirsən, həm də bunu mən əməliyyata gedəndə deyirsən. Sonradan qərara gəldik ki, bu işi görək. Əvvəlcə məzarları görəndə pis olurdum, ancaq vaxt keçdikcə buna öyrəşdim. Bir yerdə qəbirləri təmizləyirik. Bir gün həyat yoldaşım mənə zəng edib bağa getdiyini dedi. O, məzarda yarım saatdan çox yatdı.”
Xalasının 100 il yaşadığını qeyd edən Firdevs Ünal sözlərinə belə davam edib: “15 yaşında buraya gəlin gəldim, xalamla böyüdük. Düşünürəm ki, mən də xalam kimi 100 il yaşayacağam. Xalam hələ də sağdır.”
Vüsal Cahanov, “İki sahil”