30 oktyabr 2022 17:16
535

Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 "Smerç" bu gün məhv edilib - 30 OKTYABR 2020 17:16

Müdafiə Nazirliyinin məlumatı:

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Oktyabrın 30-u saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.