28 oktyabr 2022 15:05
513

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - 28 OKTYABR 2020 15:05

Müdafiə Nazirliyinin məlumatı:

Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin guya atəşə tutulması barədə xəbəri məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.