28 oktyabr 2022 11:17
558

Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub- 28 OKTYABR 2020 11:17

Müdafiə Nazirliyinin məlumatı:

- TƏCİLİ -

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.
Oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.
Xəsarət alanlar yoxdur.