25 oktyabr 2022 19:42
591

Azərbaycan Türkiyədən yeni raketlər ala bilər

Azərbaycan Türkiyədən yeni “hava-hava” tipli raketlər ala bilər.

“İki sahil” xəbər verir ki,  Azərbaycan tərəfi “Roketsan” şirkətinin SOM, MAM-T və TEBER 81/82 tipli raketləri ilə maraqlanır.

Bundan əlavə, "Saha Expo 2022" çərçivəsində “Çakır” raketinin alınmasına dair də müzakirələr aparılır.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Türkiyədən MAM-L və MAM-C raketlərini əldə edib.