26 oktyabr 2022 17:40
575

Düşmən kvadrokopteri məhv edilib - 26 OKTYABR 2020 17:40

Müdafiə Nazirliyinin məlumatı:

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.