25 oktyabr 2022 21:41
569

Düşmənin döyüş texnikası və sursatları məhv edilib - 25 OKTYABR 2020 21:41

Müdafiə Nazirliyinin məlumatı:

Oktyabrın 25-də günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib.

Zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.