25 oktyabr 2022 17:39
536

Düşmənin atəş nöqtələri məhv edilib - 25 OKTYABR 2020 17:39

Müdafiə Nazirliyinin məlumatı:

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.
Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1 tank və bir neçə atəş nöqtəsi məhv edilib.