22 oktyabr 2022 11:47
552

Hərbi qulluqçularımız NATO kursunda iştirak ediblər

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nda iştirak ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kurs müddətində hərbi münaqişələr zonasında  Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib.

"Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub.

Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.