20 oktyabr 2022 17:10
452

Özbəkistanın müdafiə naziri hərbi hissələrdə olub FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanov Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini, həmçinin Milli Müdafiə Universitetini ziyarət edib.

MN-dən “İki sahil”ə verilən məlumata görə, qonaq onu müşayiət edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birgə əvvəlcə HDQ-nin hərbi hissəsi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla yad edib.
Qonaqlara hərbi hissə haqqında ətraflı brifinq təqdim edildikdən sonra burada şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.
Yeməkxana, yataqxana, inzibati və xidməti otaqlar ziyarət edilib, hərbi hissənin silahları və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.