20 oktyabr 2022 02:15
814

Heç bilirdinizmi ki...

Dünyada bildiyimizi sandığımız, əslində isə bilmədiyimiz bir çox məqamlar var. Bu yazıda heç yerdə oxumadığınız inanılmaz faktları təqdim edirik.

Dünyada illik ödənişi ən yüksək olan ali məktəb Kolumbiya Universitetidir. Burada  təhsil haqqı 66,383 dollardır. Həmçinin bahalı universitetlər sırasına Nyu-York , Oksford, Cənubi Kaliforniya, Tufs, Brown, Çikaqo, Duke, Stanford,Harvord universitetləri daxildir.

Heç bilirdinizmi ki, Pakistanda qurbanlıq dəvələr kəsilmədən öncə bərbərə aparılır. Pakistanın cənub-şərqində yerləşən Sindh vilayətində bir bazar mövcuddur ki, burada dəvələr üçün xüsusi yer ayrılıb.  Bərbər təxminən 4 saat ərzində dəvələri bəzəyərək dərilərinin  üzərində müxtəlif naxışlar düzəldərək müştərinin diqqətini cəlb edir.

Qadınlar üçün əvəzolunmaz daşlardan biri də incidir. Ən dəyərli incilər ağ və qara incilərdir. Onların qiyməti təxminən 270-426 dollardır. Çox maraqlıdır ki, bir incinin böyüməsi uzun illər ərzində baş verir. Məsələn,8 mm-lik balaca inci təxminən 40 il ərzində böyüyür. Dünyada ən böyük incinin  çəkisi 6 kiloqrama çatır.

Havay adalarından birində, daha  dəqiq desək, Kauainin tam ortasında çoxdan sönmüş qədim  Vaialeale  vulkanı yerləşir. Planetin ən rütubətli yeri adlandırılan bu yer 1912-ci ildən izlənilir. Hər il buraya təxminən 11684 mm yağıntı düşür. 1982-ci ildə yağıntıların  rekord sayı qeyd olunmuşdu( təxminən 17 min mm). Maraqlıdır ki, burada leysan tipli yağışlar çox nadir hallarda olur. Bundan əlavə, rütubətin artması konus formasında olan adanın hər tərəfindən əsən  küləklərlə bağlıdır.

Ağcaqanad əleyhinə spreylər, əslində onların insanlara yaxınlaşmasını əngəlləmir. Sadəcə olaraq ağcaqanadların hissiyatına təsir edərək insanları  qoruyur.

Orta bulud təxminən 500 ton ağırlığında, 80 filin çəkisi ilə eynidir.

Dünyada insanların 70%-dən çoxu ən az 1 dəfə “ Dejavu” halını yaşayıblar.  “Dejavu” sözü fransız dilindən tərcümədə “ artıq görülmüş” deməkdir. Psixoloqların sözlərinə görə, “ Dejavu” halı ilə daha çox 15-25 yaşlarında rastlaşırıq. Uzun illərdir bu qeyri-adi halın səbəbləri araşdırılsa da, lakin hələ də onun nə səbəbdən baş verməsi bilinmir.

Püskürmədən sonra yayılan lavanın sürəti bir itin qaçış sürətinə yaxındır.

Heç bilirdinizmi ki, kitab oğrularına “bileokliptoman” deyirlər. Dünyada ən məşhur kitab oğrusu kimi tanınan Stiven Blumberqdir. Kitablara qarşı olan böyük sevgisinə görə,o, oğurluğa əl atır. Stiven 268 müxtəlif kitabxanadan 23 minə yaxın kitab oğurlayır.Həmin kitablardan Stiven çox böyük bir kolleksiya yaratmışdı. Bu kolleksiyanın dəyəri təxminən 20 milyon dollardır. Çox maraqlı faktlardan biri də odur ki, Blumberq oğurladığı kitabları ventilyasiya və ya lift şaxtası yolu ilə kitabxanadan çıxarırdı. Hazırda müqəddəs “ İncil”  Amerika  mağazalarında ən çox oğurlanan kitabdır.

ABŞ-da istehsal olunan bütün duzun təxminən 1/3-i yolları buzdan təmizləmək üçün istifadə olunur.

Səudiyyə Ərəbistanında çay yoxdur. Antarktidada  isə yalnız bir çay var. Oniks adlı bu çay  ildə cəmi 60 gün axır.

Meduzaların beyinləri və qan damarları yoxdur.

17-ci əsrə qədər termometrlər konyakla doldurulurdu.

Pişiklər həyatlarının yarısından çoxunu yatır.

Əslində limonda çiyələkdən daha çox şəkər var.

Ladoqa gölü Avropanın ən böyük gölüdür.

Bir il ərzində Yerə 500 kq-a qədər Mars meteoriti düşür.

Yer öz oxu ətrafında tam dövrəni 23 saat 56 dəqiqə 4 saniyəyə edir.

Yupiterə mütəmadi olaraq almaz yağışları yağır.

Kainatda ulduzların sayı Yer kürəsinin bütün çimərliklərindəki qum dənəciklərinin sayından çoxdur.

Dünyada yalnız 7% solaxaylar var. Ən məşhur solaxayların arasında  Pol Makkartni, Bill Qeyts, Fidel Kastro, Henri Ford, Çarli Çaplin, Aleksandr Velikiy, Leonardo da Vinçi, Mikelancelo, Luis Kerroll, Yuli Sezar, Motsart, Bethoven, Nitsşe, Mark Tven, Prokofyev, Höte, Kafka və bir çox başqaları var.

Hindistanın Racastan əyalətində kiçik Bera şəhəri  dünyada insanların və bəbirlərin harmoniya içində yaşadığı yeganə məkan hesab olunur. Burada  yırtıcılar insanların yaşadığı evlərin yaxınlığındakı təpələrdə sakitcə otura, hətta küçələrdə gəzə bilərlər. Hindistanda bəzi şəhərlər, qəsəbələr və kəndlər yırtıcı vəhşi təbiətə yaxın yerləşdiyindən, arabir toqquşmalar qaçılmaz olur. Bununla belə, bu kiçik şəhərdə hələ  belə hadisə baş verməyib.

Dünyada hər insanın ən azı 6 oxşarı var imiş. Bu insanların nə vaxtsa qarşılaşma ehtimalı 9 %-dir.

Ağciyərin sağ hissəsi sol hissəsindən daha çox hava saxlayır.

Süpürgə evdə təmizlik simvoludur. Məsələn, qədim Rusiyada süpürgə ilə bağlı bir çox əlamətlər var idi. Guya bu əşya evdə maddi vəziyyət və rifaha cavab verirdi. Bu səbəbdən ev sahibinin əli ilə hazırladığı yeni süpürgə inkişaf və zənginlik rəmzi idi. Köhnə süpürgə isə əksinə, kasıbçılıq, tənbəllik simvoluna çevrilmişdi.

Çin dili dünyada ən populyar dildir.

Zürafənin və insanın boyun fəqərələrinin sayı eynidir.

Avropanın ən hündür binası Moskvada yerləşir.

Mərakeşdə sevginin rəmzi ürək yox, ciyərdir. Məhz buna görə, burada sevgi etirafı edərkən “ Səni bütün ciyərimlə sevirəm” sözünü deyirlər.

Misirdə qəribə bir inanc var.  Çox maraqlıdır ki, burada qayçını heç bir iş görülmədiyi halda hərəkət etdirmək çox pis əlamət hesab edilir. Onu açıq vəziyyətdə saxlamaq isə daha pisdir. Guya, belə olduğu halda, pis ruhları havada "kəsirsiniz" və onlar bundan qəzəblənirlər.

Samirə Tağıyeva, “İki sahil”