20 oktyabr 2022 01:14
614

Rusiya alimləri qocalığa qarşı preparat hazırlayırlar

Rusiya alimləri həyat müddətini və keyfiyyətini artıran, qocalma əleyhinə preparatın klinik sınaqlarının birinci mərhələsini başa çatdırıblar. Belə dərmanların sınaqlar tam başa çatdıqdan sonrakı on il ərzində bazara çıxarılması gözlənilir.

Dərman Moskva Dövlət Universitetində “Skulaçev İonları layihəsi” əsasında hazırlanır.

“Preklinik sınaqlar zamanı məlum olub ki, dərman heyvanların ömrünü uzadır”, - deyə Moskva Dövlət Universitetinin Biomühəndislik və bioinformatika fakültəsinin dekan müavini Vilenski bildirib.

Novosibirskdə keçirilən innovatorların “IN'HUB” forumunda Vilenski qocalmanın səbəblərindən birinin təkamül prosesində orqanizmin özünü zəhərləyərək təhlükəli maddələr sintez etməyə başlaması olduğunu vurğulayıb. Bəs bu zəhər nə qədər istehsal olunur? İnsan nə qədər yaşlıdırsa, bu zəhər yaşlandıqca daha çox olur və qocalma bədənin yavaş-yavaş zəhərlənməsidir.

Akademik Skulaçevin rəhbərliyi altında SkQ1 maddəsi - mitoxondriyaya nüfuz edə bilən və birbaşa istehsal yerində sərbəst oksigen formaları ilə mübarizə apara bilən güclü bir antioksidant hazırlanmışdır. Onun sözlərinə görə, SkQ1 əsasında məhsullar artıq hazırlanıb və mövcuddur. Bu siyahıya Visomitin damcıları, Exomitin yara sağaldan məlhəm və MitoVitan kosmetikası daxildir.

Nubar Süleymanova, “İki sahil”