21 oktyabr 2022 16:28
435

Ermənistana məxsus daha 3 PUA məhv edilib - 21 OKTYABR 2020 16:28

Müdafiə Nazirliyinin məlumatı:

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.