18 oktyabr 2022 12:06
596

MN Ermənistanın iddialarını təkzib edib: Bölmələrimizin guya bir-birinə atəş açması yalandır

Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik", MN-dən bildirilib.