“Azərlotereya” ASC “Qazananların hekayəsi” adlı layihəsini davam etdirir.
“İki sahil” xəbər verir ki, şirkətin təşkil etdiyi ani lotereyalarda qalib olan şəxslərin hekayələri, qazandıqları mükafatın onların həyatına müsbət təsiri ilə bağlı məqamların yer aldığı “Qazananların hekayəsi”ndə növbəti qəhrəman Füzuli rayonunun Qarabağ kənd sakini Mahir Qarayevdir.
“Qızıl” ani lotereyasında böyük uduş - 25 000 manatın sahibi olan Mahir bəy qazandığı mükafatı illərdir arzusunda olduğu evin tikintisinə xərclədiyini deyir.
Heyvandarlıqla məşğul olan Mahir Qarayevin evinin tikintisi başa çatmaq üzrədir: “Çalışırdım ev tikim, ancaq mənim o imkanım yox idi. "Poz-qazan" lotereyası aldım, 25 000 manat uddum. Çox sevindim. Hamı deyirdi ki, sənin ona ehtiyacın vardı. Qazandığım mükafatla balalarım üçün ev tikdirdim. İndi mən ev sahibiyəm, evim var”.
Daha ətraflı videoda:
Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir