24 sentyabr 2022 12:25
594

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə hazırkı əməliyyat şəraiti təhlil edilib

“Kəlbəcər və Laçın rayonları istiqamətində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə hazırkı əməliyyat şəraiti təhlil edilib".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə deyib.