20 sentyabr 2022 16:48
645

Müdafiə Nazırliyinin ali rütbəli zabitləri şəhid ailələrini ziyarət edib - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazırliyinin ali rütbəli zabitləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın ailələrini ziyarət edib.

“İki sahil” xəbər verir ki, Müdafiə Nazırliyinin ali rütbəli zabitləri Bakı şəhəri və digər rayonlarda şəhid ailələrini ziyarət edib, onların vəziyyəti ilə maraqlanıblar.

Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərlərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.