17 sentyabr 2022 18:47
817

Azərbaycan Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub

Azərbaycanın Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib.

“Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb”.

Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.