17 sentyabr 2022 15:53
691

Hərbçilərimiz Ermənistanın S-300 zenit raket kompleksini məhv edib

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı düşmənin S-300 radiolokatorlu zenit raket kompleksinə zərbə endirib.

“İki sahil” xəbər verir ki,  bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, zərbə Gorus rayonundakı erməni diviziyasının zenit raket sisteminə endirilib.

Zenit raket kompleksinin tamamilə məhv edildiyi bildirilir.