17 sentyabr 2022 16:27
895

Şəhid Nicat Qarazadə 2-ci Fəxri xiyabanda dəfn olunub

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan əsgəri Nicat Qarazadə Bakıda dəfn edilib.

“İki sahil” xəbər verir ki,  şəhid 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, dövlət rəsmiləri, deputatlar, N.Qarazadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nicat Malik oğlu Qarazadə 2002-ci ildə anadan olub.