16 sentyabr 2022 08:49
602

Kərim Vəliyev ilə Sergey Şoyqu arasında telefon danışığı olub

Sentyabrın 15-də Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər.