15 sentyabr 2022 20:04
636

Müdafiə və milli təhlükəsizlik xərcləri 235,3 milyon manat artırılır

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki,  bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Bu, 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.