14 sentyabr 2022 15:32
581

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

Sentyabrın 14-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə hərbi-təhsil sahəsində görülən birgə işlərin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.