14 sentyabr 2022 15:03
632

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.

“İki sahil” xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.