14 sentyabr 2022 13:14
660

MN: Azərbaycan Ordusu mülki infrastrukturu hədəfə almır

Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən bildirilib.

"Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır", - qeyd olunub.