“Fərid bizim ailədən 5-ci şəhiddir”.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində şəhid olan DSX zabiti Möhbalı Fəridin yaxın qohumu, Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyev İctimai TV-yə açıqlamasında deyib.
“Fərid vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda şəhid olub. Fərid bizim ailədən 5-ci şəhiddir. O, 44 günlük Vətən müharibəsində də iştirak edib”.
Ətraflı süjetdə: