12 sentyabr 2022 14:39
626

Türkiyədə “Sonsuz qardaşlıq-1” beynəlxalq təlimi keçirilir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir.

“İki sahil” xəbər verir ki,  müxtəlif ölkələrdən hərbi qulluqçuların  cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.