Dünyaca məşhur ulduzların milyon dollarlıq sərvətləri onları düçar olduqları bəlalardan xilas edə bilmir. Bəzi ulduzların xəstəliklərinin dəqiq müalicəsi belə mümkün deyil. Bəs görəsən məşhurlar hansı xəstəliklərdən əziyyət çəkirlər?
Devid Bekhem
Dünyanın ən çox gəlir əldə edən futbolçusu Devid Bekhemın iki qəribə xəstəliyi var. Onlardan biri tibbdə “obressiv-kompulsiv” pozğunluq adlanır. Belə ki, ulduz futbolçu əşyaları düzgün şəkildə düzə bilmir. Bekhemin digər xəstəliyi isə “Turet” sindromudur. Bu xəstəlik mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğudur.
Maykl Cekson
Düşünməyin ki, dəri xəstəliklərindən ancaq sadə insanlar əziyyət çəkirlər. Məşhurların bir çoxunda da dəri xəstəlikləri aşkarlanmışdır. Məsələn, pop ulduzu Maykl Cekson total vitiliqodan əziyyət çəkib. Məşhur müğənni dərisində olan ağ ləkələr ilə uzun illər mübarizə aparıb.
Yuliya Naçalova
Keçmişdə daha çox kralların, saray əyanlarının əziyyət çəkdiyi, Sultan Süleymanın da tutulduğu, müasir tibbdə daha çox yaşlıların xəstəliyi kimi dəyərləndirilən podaqra hazırda cavanlaşıb və gənc insanlar rola da aşkar edilir. Belə ki, ötən həftə dünyasını dəyişən rusiyalı müğənni Yuliya Naçalova da bu xəstəlikdən əziyyət çəkirdi. Ayağında açılmış yara həm podaqra, həm də diabet səbəbindən ağırlaşmış, infeksiya sepsis vermiş, ürək isə iltihabdan dayanmışdı.
Holli Berri
Uzun illər ərzində xəstəlikdən əziyyət çəkən məşhurlar sırasına Holli Berri də daxildir. Cazibədar qaradərili aktrisaya 23 yaşında 1 -ci tip şəkərli diabet diaqnozu qoyulub. Gənc bir qız üçün xəstəlik xəbəri əsl şok idi. Bundan əlavə, Berrinin həkiminin təyin etdiyi məhdudiyyətlərə riayət etmək həmişə mümkün olmurdu. Holli hətta bir neçə dəfə spirtli içkilərdən, şirniyyatlardan və digər qadağan olunmuş qidalardan aşırı dərəcədə istifadə etdiyi üçün üç dəfə xəstəxanaya da aparılmışdır.
Jim Gordon
Gordon rok musiqisində çox məşhur təbilçilərdən biri idi. Musiqiçi hətta Erik Klapton ilə birlikdə ifa etdiyi hitə görə "Grammy"mükafatına layiq görülmüşdü.
Ona qoyulan şızofreniya diaqnozı əvvəlcə həyatına təsir etməsə də, bir müddətdən sonra, 1983-cü ildə musiqiçinin həyatı kökündən dəyişdi. Həmin il məşhur ifaçı öz anasını öldürdü. Məhkəmə Gordonu 16 il həbs cəzasına məhkum etdi. Məhz o vaxtdan bəri Gordon güclü dərmanlar qəbul etməyə başladı.
Maykl J Foks
"Gələcəyə qayıdış" serialı ilə tanınan Maykl J Foks “Parkinson” xəstəliyindən əziyyət çəkir. Aktyor xəstəliyə tutulanda cəmi 30 yaşı vardı. Kariyerasını uzun illər xəstəliyini gizlədərək quran aktyor, hətta ona "Qızıl Qlobus” və "Emmy” mükafatlarına layiq görülmüşdü. Maykl J.Foks yalnız 1991- ci ildə “Parkinson” xəstəliyinə tutulduğunu elan etdi. 2000-ci ildə isə karyerasını başa vurub və ömrünü xəstəliklə mübarizəyə həsr edib.
Selena Qomes
Aktrisa Selena Qomes “nadir autoimmun” xəstəliyindən əziyyət çəkir. Əslində 25 yaşlı müğənniyə toxumaların xəstəliyi olan bu problem çox zərər vurub. Bədənində zəhərlənmə gedən aktrisanın daxili orqanları və dərisi də bundan zərər görür. Selena, eyni zamanda ,ürək xəstəliyindən əziyyət çəkir. Hətta böyrək çatışmamazlığından əziyyət çəkən aktrisaya rəfiqəsinin böyrəyi köçürülüb.
Con Forbes Naş
Otuz yaşına qədər normal həyat sürən məşhur riyaziyyatçı Con Forbes Naşın psixoloji problemləri məhz bu yaşdan sonra başlamışdı. Qeyri-sabit vəziyyətinə baxmayaraq, xəstəlik Naşın karyerasını davam etdirməsinə mane olmadı. 1994-cü ildə alim iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Qeyd edək ki, xəstəliyinə baxmayaraq, Con ölümünə qədər "Princeton" Universitetində dərs keçirdi.
Amanda Bayns
Uzun illər ərzində məşhur aktrisa Amanda Bayns qəribə davranışları ilə diqqət çəkirdi. O,gah həmkarlarına hücum edirdi,gah öz köpəyini yandırmaq istəyirdi. Onun anormal hərəkətlərini müşahidə edən yaxınları aktrisanı xəstəxanaya yerləşdirdilər. Xəstəxanaya yerləşdirildikdən sonra Amandaya şizofreniya diaqnozu qoyulub.Burada Amanda kifayət qədər uzun müalicə kursu keçdi və hal-hazırda güclü dərmanlar istifadə etməkdədir.
Hyu Gekmen
Məşhur Hollivud aktyoru Hyu Jekmen uzun illər ərzində dəri xərçəngindən əziyyət çəkir. O, dəfələrlə burnunda yerləşən “bazalioma” deyilən dəri xərçənginə görə əməliyyat olunmuşdur. Məşhur hələ də amansız xəstəliklə mübarizə aparmaqdadır.
Magic Conson
Uzun illər bundan öncə məşhur basketbolçu Magic Consonsun QİÇS daşıyıcısı olduğu açıqlamışdı. Bu açıqlaması ilə bütün dünyanı şoka salan ulduz basketbolçu hələ də müalicə alır.
Pamela Anderson
Heç bilirdinizmi ki, məşhur aktrisa Pamela Anderson Hepatit-C xəstəliyindən əziyyət çəkirmiş. Onun 2002-ci ildə Hepatit C-yə tutulduğu açıqlandı. O, keçmiş həyat yoldaşı Andersonun bədəninə etdirdiyi döymə zamanı istifadə olunan iynə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.
Piter Grin
Məşhur amerikalı" Fleetwood Mac" rok qrupunun qurucusu Piter Grin uşaqlıqdan şizofreniya ilə mübarizə aparırdı. Xəstəliyinə baxmayaraq, daim müalicə alan məşhur musiqiçi yaradıcılığında çox nailiyyətlər əldə edib. Qeyd etmək lazımdır ki, məşhur musiqiçi çox çətin sınaqlardan keçib və 1979-cu ildən sonra onun psixoloji vəziyyəti xeyli yaxşılaşıb. Həyatının sonuna qədər dərman qəbul edən musiqiçi 2020-ci ilin iyul ayında 74 yaşında vəfat edib.
Marsia Kros
Tanınmış "Çarəsiz evdar qadınlar" serialının ulduzu Marsia Kros 14 yaşından bəri migrenin ağır formasından əziyyət çəkir. Bu xəstəlik onda yaddaş itkisi, sağlamlığın kəskin pisləşməsi və şiddətli baş ağrısı ilə müşayiət olunur. Aktrisa uzun illər ərzində hər hansı bir stresli vəziyyətlərdən qaçaraq, öz qidalanma və yuxu rejiminə diqqət yetirir. Bundan əlavə, o yoqaya, gəzintiyə vaxt ayırır və həkimlər tərəfindən mütəmadi olaraq müayinə olunur.
Gigi Hadid
Məşhur model Gigi Hadid nadir "haşimoto" xəstəliyindən əziyyət çəkir. 26 yaşlı model bu haqda 2018-ci ildə açıqlayıb. Bu nadir xəstəlik onun endokri sistemini məhv edir. Bu da modeli hədsiz arıqladır.
Samirə Tağıyeva, “İki sahil”