05 sentyabr 2022 17:45
578

Diabetlər üçün 6 növ faydalı çay

Diabetlər xüsusi olaraq çaylar seçməlidir.

“İki sahil” xəbər verir ki, həkim Olqa Kaşlyakova diabetlər üçün tibbi faydası sübut olunmuş çayları açıqlayıb.

Bu çaylar qanda şəkəri effektiv salır, orqanizmi tonusda saxlayır.

Yaşıl çay - sutkada 2-3 fincan içmək şərtilə

Karkade - hibiskus - arterial təzyiqi salır, insulin resizdentliyi salır. Sidikqovusu olduğu üçün az miqdar içilməlidir.

Çobanyastığı çayı - qanda qlükozanın sovrulmasını tənzimləyir

Melissa çayı - stresin qarşısını alır

Darçınlı çay - şəkəri tənzimləyir. Bu ədviyyat insulinə həssaslığı artırır

Sarıköklü çay - qanda lipidləri azaldır, orqanları qoruyur.