02 sentyabr 2022 20:52
637

“TurAz Qartalı - 2022” təlimində iştirak edəcək Türkiyə hərbiçiləri və aviasiya vasitələri ölkəmizdədir FOTO

“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.

“İki sahil” xəbər verir ki,  sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcək.