01 sentyabr 2022 01:36
2097

Bu meyvələr haqqında bilmədiklərimiz...

Meyvə insan orqanizminin düzgün işləməsi üçün zəruri olan bir çox faydalı elementləri ehtiva edir.  Burada meyvələr haqqında  topladığımız bəzi maraqlı faktları təqdim edirik.

Durian

Durian sözü Malay dilində "duri" (tikan) və "an" əlavəsinin birləşməsindən yaranmışdır.

Durio cinsinə aid bir neçə ağac növünün meyvəsidir. Meyvələrin kralı adlandırılan durian Cənub-Şərqi Asiyada yetişir və Sinqapur, Tayland, Malayziya, İndoneziya, Filippində çox sevilir. 30 növü məlumdur ki, onlardan da 9-u yeyilə biləndir. Meyvənin ağacları 20-50 metr boyuna çatır. Meyvə özü isə 1-3 kq, rəngi yaşıldan qəhvəyiyə, ləti isə sarıdan qırmızıya dəyişən rəngdədir. Çəyirdəyi qovrulduqda dadlı olur. Onu yemək çox çətindir. Sarımsaq-soğana bənzər, sərt qoxusu, şirin, dadı  olan gözəl, yumşaq meyvədir.  Sərt qoxusuna görə qapalı yerlərdə metro avtobuslarda yemək qadağandır. Açıq bölgələrdə yemək olar. 

Banan

Bananın vətəni nə Afrikada yerləşən "banan respublikası", nə Cənubi və Mərkəzi Amerika, nə Cənub-Şərqi Asiyadır, Malay arxipelaqıdır. Banan məhz oradan XVI əsrdə Amerikaya gətirilib.

Bananın 300-dən çox növü var. Bununla belə, bütün dünyada insanlar yalnız Cavendişi növünə  üstünlük verirlər.

Lakin Cavendişindən  əvvəl insanlar tərəfindən yetişdirilən başqa bir banan növü mövcud idi. Söhbət Qros Mişeldən gedir. Təəssüf ki, pis bir göbələk bu növün demək olar ki, hamısını məhv etdi.  Məhz bu hadisədən sonra alimlər tərəfindən  bananın Cavendişi növü yetişdirildi. Heç bilirdinizmi ki,  bananın tərkibində «təbii yuxu dərmanı» triptofan mövcuddur? O, mərkəzi sinir sistеminə təsir еdir və normal yuxunu tənzimləyir. Bananın kökü, həmçinin yеməlidir və qurdqovucu vasitə olmaqla, iştahanı artırır. Hindistanda banan saplağının şirəsini dizеntеriyaya qarşı dərman kimi istifadə еdirlər.

Portağal

Heç bilirdinizmi ki,  portağal narıncı deyil, yaşıldır. Bu meyvənin  üst təbəqəsində çox miqdarda xlorofil var, buna görə də onun rəngi yaşıl olur. Portağal sərin yerdə böyüyürsə, xlorofil artıq o qədər də böyük rol oynamır.  O, zaman meyvənin içliyi  narıncı rəngə  çevrilir. Bundan belə  nəticə çıxara bilərik. Yaşıl portağal yetişmiş meyvələrdir. Lakin narıncı  portağal yetişmə dövrünü çoxdan keçib.

Qarpız

Uzun müddət əvvəl danimarkalı bir kəşfiyyatçı Afrikada bütöv bir qarpız sahəsi tapdı. Bu iri meyvə əsasən quru ərazilərdə böyüyürdü və təkcə qida deyildi. Məsələ burasındadır ki, bu meyvənin təxminən 90%-i sudan ibarətdir ki, bu da onun qiymətli su mənbəyi olması deməkdir. Qarpız əvvəllər təbii “su şüşəsi” kimi gəzdirilirdi.

Alma

Alma ən məşhur meyvələrdən biridir. İnsan orqanizmi üçün çox faydalıdır. Aparılan araşdırmalar göstərir ki, 6 ay ərzində istehlak edilən quru almanın xolesterolu aşağı salmağa və arıqlamağa kömək etdiyi müəyyən edilib. Alma , həmçinin insult  keçirmə riskini  əhəmiyyətli dərəcədə azalda bilər. Tənəffüs funksiyasını yaxşılaşdırır. Monqoliya həkimləri almanı ümumi  qüvvətvеrici vasitə hеsab еdirlər və həzmə kömək еdən dərman kimi yеməyi məsləhət görürlər.

Cekfrut

Cekfrut (Jack fruit) dünyanın ağacda yetişən ən böyük meyvəsidir. Meyvənin adı portuqal dilindəki “jacca” sözündən olub, malayalam dilində “chakka” (Malayalam şəkəri) mənasını verir. Ana vətəni Hindistandır. Ağacın boyu 15 m, meyvənin uzunluğu 50-70 sm, eni 25-40 sm, ağırlığı isə 50 kq-a yaxın ola bilir. Meyvənin üstü tikanlı, içi isə sarı, qırmızı, bənövşəyi olur. 50-ə qədər çəyirdəyi olur. Onları qovuraraq yemək mümkündür. Cekfrut çürük soğan, ananas və banan qarışığının dadını verir. 

Guarana

Guarana, Amazonda Guarani qəbiləsi tərəfində yetişdirilən bir meyvədir.  Guarana toxumları hələ də dərman olaraq istifadə olunur.

Guarana əsasən arıqlamaq, zehni və fiziki yorğunluğu azaltmaq üçün istifadə olunur.

Deyilənlərə görə 17-ci əsrdə bu giləmeyvə insanlara enerji verdiyinə görə insanları günlərlə tox saxlayırdı.

Samirə Tağıyeva, “İki sahil”