Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Samsun şəhərində keçirilən “TEKNOFEST”in açılışında çıxış edib.
“İki sahil” xəbər verir ki, S. Bayraktar çıxışında Azərbaycanla bağlı bunları deyib: "Biz mübarizə apardıqca, irəlilədikcə gözəl vətənimizə və qardaş Azərbaycana, məzlumların yaşadığı bütün coğrafiyalara günəş ən isti, ən aydın halı ilə doğacaq. Bu yolda itirmək yoxdur".