30 avqust 2022 13:52
627

Zakir Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət edib FOTO

Türkiyə Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

“İki sahil” xəbər verir ki,  Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.