Texasdakı “Taste Community” restoranının sahibləri qiymət məsələsinə olduqca maraqlı yanaşıblar. Daha dəqiq desək, bu restoranda yeməklərin heç bir qiyməti yoxdur.
İçəri girib kartof qızartmasının bir hissəsini yeyərək və ya Vyetnam dəniz yosunu şəklində qarnirlə balıq yeyib, bir stəkan soyuq limonad içə və bunun üçün istədiyiniz qədər ödəyə bilərsiniz – istəsəniz bir dollar, istəsəniz yüz.
Belə çıxır ki, gəlib ürəkdən yeyirsən, amma ofisiantın gətirdiyi qəbzdə yeməyin qiymətini görə bilmirsən. Qurumun rəhbərliyi qonaqlarına yeməklərin qiymətini müstəqil şəkildə təyin etməyi təklif edir.
Ən maraqlısı isə odur ki, restoran sahiblərinin elə düşündüyü kimi də oldu, belə bir yanaşma gəlirləri əhəmiyyətli dərəcədə artırmağa kömək etdi. Əsas səbəb odur ki, insanlar yenilik olduğu üçün bu məkanla maraqlanmağa başladılar, ona görə də müştəri axını çox artdı. Həm də əksər insanlar özlərini tamahkar şəxs kimi təqdim etmək istəməyib, normal məbləğlər ödəyərək restoranı tərk edirlər.
Aşpazların ləyaqətini də ayrıca qeyd etmək lazımdır - məşhur səyahət saytlarında insanlar sözügedən restoranın verdiyi yeməklərin dadını çox tərifləyirlər.
Nubar Süleymanova, “İki sahil”