29 avqust 2022 22:13
695

Bu ayda doğulanlar ən sağlam insanlardır

Uzun illər tibb mütəxəssislərinin apardığı araşdırmaların nəticəsində xəstəliklərə meylliliklə insanların doğulduğu ayların arasındakı qarşılıqlı əlaqə olduğu bilinib. Belə ki, ürək-damar çatışmazlığının mart, astma xəstəliyinin iyun ayında doğulan insanlarda daha çox müşahidə olunduğu məlum olunub. Oktyabr ayında dünyaya gələnlər müxtəlif xəstəlikdən ömür boyu əziyyət çəkirlər.

Möhkəm sağlamlığa malik insanlar isə may ayında doğulanlardır.

Yorğunluğun “qənimi”

Romada dünyada tayı-bərabəri olmayan bir kafe fəaliyyət göstərir. 24 saat qapıları insanların üzünə açıq olan kafeyə ən çox isə bazarlıqdan yorulub əldən düşən xanımlar gəlirlər. Onlar burada gümrahlaşdırıcı içkilərdən başqa təravətləndirici iylər də sifarış verə bilirlər. Bir qayda olaraq həmişə qızılgül suyunun qarışığından hazırlanmış mayelərə daha çox tələbat hiss olunur. Çünki bu mayeni iyləyən dərhal yorğunluğu unudur, əhval-ruhiyyəsi gözəlləşir.

İnsan xəstəliyin müjdəçisi

Öz gözəlliyinə görə dünya şöhrəti qazanmış, insana estetik zövq verən mirvari həm də insan xəstəliyinin müjdəçidsidir . Bu qiymətli daş-qaş onu gəzdirən adamın xəstəliyinin əlamətləri hələ aşkar olmamışdan əvvəl öz parlaqlığını itirir. Təəssüflər olsun ki, öz fövqəladə gözəlliyi ilə bütün daş-qaşları üstələyən mirvarinin ömrü çox deyildir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü