26 avqust 2022 21:50
709

Azərbaycanın yeməkləri üçün darıxacam- Ceyms Şarp

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp krallığın ölkəmizdə yeni təyin olunan səfiri Ferqus Aulda milli kulinariya ilə bağlı tövsiyə edib.

“İki sahil” xəbər verir ki,  Ceyms Şarp tviter səhifəsində bu barədə yazıb.

“Mənim yaxın zamanda Azərbaycana gələcək Britaniyanın yeni səfiri Ferqus Aulda bir neçə məsləhətim var. Ferqus, mütləq bütün ləzzətli yeməklərin dadına bax”.

“Maraqlıdır, sən ən çox nəyi bəyənəcəksən?”, - səfir vurğulayıb.