21 avqust 2022 23:02
777

Sumqayıtda Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisində yanğın başlayıb

Sumqayıtda Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisində yanğın başlayıb.

Hadisə axşam saat 20:00 radələrin baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova Trend-ə açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə Sumqayıt şəhər Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisindəki köhnə anbarda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yanğın söndürülüb.

Trend