20 avqust 2022 22:56
779

"Sabah" 3 penalti vurub 2-1 qazandı - VİDEO

Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sabah" "Neftçi"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, matçın 37-ci dəqiqəsində “Sabah”ın futbolçusu Kristian Sebalyosun penalt zərbəsini “Neftçi”nin qapıçısı İvan Brkiç dəf edib. 45+2-ci dəqiqəsində Yusuf Laval hesabı açıb.  78-ci dəqiqədə Aleksey İsayev, 90+1-ci dəqiqədə isə Emmanuel Apeh penalti zərbələrini dəqiq yerinə yetirərək “Sabah”a qələbə qazandırıblar – 2-1.

20 avqust (şənbə)

20:30. “Sabah” 2–1 “Neftçi”

Qollar: Yusuf Laval, 45+2 (0:1), Aleksey İsayev, 78 pen. (1:1), Emmanuel Apeh 90+1 pen (2:1)

Qola çevrilməyən penalti: Kristian Sebalyos, 37

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov

“Bank Respublika Arena”.