20 avqust 2022 03:16
940

Tapputi bəşər tarixinin ilk ətriyyatçısıdır

Bu kimyaçı qadın 3200 il bundan əvvəl ilk ətri Mesopotamiya kraliçası üçün hazırlayıb

Bu yaxınlarda arxeoloqlar qədim Mesopotamiya ərazisində ətir resepti olan gil lövhə aşkar ediblər. Bu lövhəni Tapputi özü həkk edib.

O, ilk qadın kimyaçı və tarixdə tanınan ilk ətriyyatçı idi. Bu günə qədər qalan reseptin yaşı üç min ildən çoxdur. Bu gün dünyanın ən yaxşı ətriyyatçılarından və müxtəlif digər sahələrin mütəxəssislərdən ibarət komanda müasir laboratoriya şəraitində qədim resepti yenidən yaratmışdır. Artıq elm adamları Mesopotamiya kraliçalarının qoxusunu bilirlər.

Arxeoloqlar aparılan qazıntılar zamanı qədim gil mixi lövhənin üzərində Tapputi adını tapıblar. Bu ərazi uzaq qədim dövrlərdə Babil Mesopotamiyasının bir hissəsi idi. Tabletlərdə ətir istehsalçısının tam adı Tapputi-Belatekallim olaraq qeyd edilib.

Belatekallim tərcümədə "evin baxıcısı olan qadın" deməkdir. Lövhələrin eramızdan əvvəl 1200-cü ilə aid olduğu bildirilir. Onların üzərində həkk olunmuş mətni alimlər deşifrə etməyi bacarıblar. Onlar mətni dəqiq şəkildə incələmək üçün bu qədim dilin incəlikləri haqqında kifayət qədər məlumatlıdırlar.Orada  Tapputinin Mesopotamiya kraliçası üçün istehsal etdiyi qədim ətrin tərkib hissələrinin təsviri var idi.
Türk alimləri qədim zamanların bu arzulanan ətrini yenidən yaratmaq  üçün Türkiyə Qoxular Akademiyası və Ətir Mədəniyyəti Dərnəyi ilə əməkdaşlıq ediblər. Əvvəlcə Tapputinin nə etdiyini və hansı ardıcıllıqla etdiyini anlamağa çalışıblar. Mütəxəssislər onun bütün işlərini mümkün qədər dəqiq şəkildə təkrarladılar. Nəticədə onlar Mesopotamiya kraliçalarının əfsanəvi ətirini şərh etməyə müvəffəq olublar.

Yazılar Tapputinin ətirlərini hazırlamaq üçün təbii maddələrdən istifadə etdiyini göstərir. Bunlar müxtəlif növ çiçəklərin və bir çox digər aromatik balzamların müxtəlif birləşmələri idi.

Tarixçilər belə zəngin aromatik mədəniyyət ənənələrinin yerli torpaqların inanılmaz münbitliyindən qaynaqlandığına inanırlar. Müxtəlif dövrlərdə bu ərazilərdə məskunlaşmış qüdrətli sivilizasiyalar – assuriyalılar, babillilər, səlcuqlar və osmanlılar bütöv bir aromatik imperiyanın əsasını qoydular. Hazırda alimlər Mesopotamiyada qoxu mədəniyyətini fəal şəkildə araşdırırlar.

Tapputi bəşəriyyət tarixində ilk ətriyyatçıdır. Onlar Tapputinin bütün düsturlarını açmağa və yer üzünün ilk ətriyyatçısının dahiliyinin tam parlaqlığını dünyaya çatdırmağa ümid edirlər.

Nubar Süleymanova, “İki sahil”