Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nə qədər vacib olduğu Vətən müharibəsində bir daha təsdiq olundu. Vətənə, torpağa, dövlətə bağlı ruhda tərbiyə alan gənclər ərazi bötüvlyümüzün bərpa olunması, torpaqlarımızın düşmən işğalından azad oluması uğrunda böyük cəsarət və qəhrəmanlıqla döyüşdülər. Onları irəli aparan Ana Vətənə, doğma yurda olan sevgi idi. Ona görə də gələcəyimiz olan balalarımıza vətənimizi, dilimizi sevmək, torpaqlarımızı qorumaq, keçmişimizi, tariximizi öyrənmək, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq kimi ali hissləri aşılamalıyıq. Hər bir xalqın gələcəyə ümidi gənclərdir və buna görə də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi cox vacibdir.
Tarixi Zəfərimiz, Ordumuzun qəhrəmanlığı bu gün yetişən gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynayır. Bundan sonra da gənc nəsl tarixi Qələbəmiz, əsgərlərimizin qəhrəmanlığını öyrənərək böyüyəcəklər. Bu qələbə gənc nəsldə vətənpərvərlik, Vətənə olan sevgi hissini daha da artırıb.
Belə uşaqlar arasında Şirvan şəhəri 13 saylı orta məktəbin 3 a sinif şagirdi Bayramov Yunis Şahin oğlu, 6 a sinif şagirdi Mürsəlov Əli Şahin oğlu, Şirvan şəhəri 1 saylı orta lisey məktəbin 6-cı sinif şagirdi Vəliyeva Rüqiyyə Fuad qızı və Şirvan şəhəri 1-saylı orta lisey məktəbin 8 b sinif şagirdi Vəliyev Ziyad Fuad oğlu da var. Zəhmətkeş ailədə böyüyən bu uşaqlar indiyə qədər dərsdə işğal tarixlərini öyrənirdilər. Amma 2 ilə yaxındır ki, Qələbə, Zəfər, Qəhrəmanlıq dastanını öyrənirlər. Qalib ölkənin şagirdləri kimi dərslərini əla qiymətlərlə oxuyaraq gələcəkdə Vətənə layiqli, dövlətini sevən vətəndaş olacaqlar.