18 avqust 2022 15:34
753

Az ye...

Danimarkalı ekspertlərin araşdırmaları nəticəsində məlum olub ki, veqan pəhriz artıq çəkisi olanların arıqlamasına və 2-ci tip diabet xəstələrində qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir.

Müxtəlif araşdırmalardakı nəticələrin təhlilinə görə, normal qidalanmayla müqayisədə üç aylıq veqan pəhriz orta hesabla 4,1 kilo arıqlamağa imkan verir və qan şəkərini aşağı salır. Amma bu pəhriz növü qan təzyiqinin, xolesterinin və bir yağ növü olan triqliseridin səviyyəsinə az təsir edir.

Bu, bədən kütləsi indeksi 25-dən yuxarı olan artıq çəkili şəxslərin və 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlərin (təxminən  796 nəfərin) cəlb edildiyi sınaqlar nəticəsində məlum olub. Nəticələr Avropa Piylənmə Konqresinə də təqdim edilib.

Kopenhagendə yerləşən  “Steno Diabet” mərkəzinin əməkdaşı Anne-Ditte Termassen "Guardian" qəzetinə verdiyi  açıqlamasında qeyd edib ki, bu hərtərəfli araşdırma ən azı 12 həftəlik vegan pəhrizin çəkini əhəmiyyətli dərəcədə azaltdığını və qan şəkərinin səviyyəsini yaxşılaşdırdığını aydın şəkildə ortaya qoyan ən yaxşı sübutdur.

Termassen, həmçinin vurğulayıb ki, vegan pəhrizi arıqlamağa imkan verir, çünki daha az kalorili, daha az yağlı və lifli qidalardan ibarətdir.

Samirə Tağıyeva, “İki sahil”