16 avqust 2022 22:56
877

Nəhənglərin əl işi

Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır. Hum - 349 metr yüksəklikdə bir təpənin üstündə yerləşir. Şəhər XI əsrdə qədim Roma qəbiləsinin qalıqları üzərində qurulmuşdur.

Qeyd edək ki, bu şəhər “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən kiçik şəhəri olaraq daxil edilmişdir.

Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var.  Beləki, bu şəhər kifayət qədər qədim şəhərdir və onun tarixçəsi  1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və baçqalarının qalıqları mövcuddur.

Qədim əfsanəyə görə, Hum şəhəri  nəhənglərin əl işidir. Nəhənglər Mirna çayının vadisində şəhərlər qurduqdan sonra, onların əlində bir neçə daş qalmışdı ki, nəhənglər də o daşlarla Hum qalasını tikdilər.

Şəhər erkən orta əsrlərdə olduğu kimi görünür. Əsrlər boyu şəhərdə heç bir tikili tikilməyib, heç bir şey dəyişməyib. Şəhər, orijinal formasında olduğu kimi daş evlərlə əhatə olunub. 

Şəhərin dörd bir yanını əhatə edən heyrətamiz meşə mənzərəsi göz qamaşdırır.

Samirə Tağıyeva, “İki sahil”