13 avqust 2022 12:16
763

Müdafiə naziri dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə xüsusi diqqət yetirilməsini tapşırıb

Müdafiə naziri bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların gündəlik xidməti-döyüş fəaliyyətinin, eləcə də keçirilən təlimlərin keyfiyyətinin və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsini tapşırıb.

“İki sahil” Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən  xəbər verir ki, avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə qoşunlarda aparılan qışa hazırlıq işləri ilə əlaqədar məsul şəxslərin məruzələrini dinləyən general-polkovnik Z.Həsənov dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə xüsusi diqqət yetirilməsini, o cümlədən döyüş texnikasının və silahların mövsümə uyğun istismara hazırlanmasının yüksək səviyyədə təşkil olunması barədə müvafiq göstərişlər verib.