09 avqust 2022 17:42
909

Krımda partlayışlar baş verib - YENİLƏNİB / VİDEO

Rusiyanın ilhaq etdiyi Krım yarımadasının Saki şəhəri yaxınlığında hərbi aerodromda və yaxınlığındakı hərbi obyektdə partlayışlar olub.

“İki sahil” Unian.net-ə istinadən xəbər verir ki, Novofyodorovka kəndində yerləşən aerodormun uçuş zolağı və silah-sursat anbarının yandığı xəbər verilir.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşınları və helikopterlərin cəlb olunduğunu yazır.

Partlayışın baş verdiyi aerodromdan Rusiya aviasiyasının Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətlərindəki mövqelərinə zərbələr endirir.

***

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasında partlayışlar baş verib.

“İki sahil” xəbər verir ki, partlayışlar Novofyodorovka kəndindəki hərbi aerodrom yaxınlığında qeydə alınıb.

Əraziyə həkim briqadalarının göndərildiyi bildirilir.

İlk məlumatlara görə, ərazidəki hərbi obyektlərə Ukrayna Ordusu tərəfindən raket zərbələri endirilib.