09 avqust 2022 12:54
963

“Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimi keçirilib

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  MN-dən verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.

Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.