"Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib".
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinidən bildirilib.
Sosial şəbəkələrdə hərbçilərimizin Buzdux dağında Azərbaycanın dövlət bayrağını qaldırmasının görüntüləri yayımlanıb.
Videoda hərbçimiz Buzdux dağında bayrağımızın qaldırıldığını yuxarı komandanlığa məruzə edir.
Həmin görüntünü təqdim edirik: