05 avqust 2022 14:32
805

Hazırda Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında operativ təmas mövcud deyil

Hazırda Ermənistan müdafiə naziri Suren Papikyan və Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında operativ təmas mövcud deyil.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sözçüsü Aram Torosyan bildirib.

Onun sözlərinə görə, artıq bir neçə aydır iki ölkənin müdafiə nazirləri arasında operativ təmaslar yoxdur.

MN rəsmisi əlavə şərh verməyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin noyabrında Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə barədə bildirib.