03 avqust 2022 18:26
1070

Azərbaycan Ordusu erməni terrorçularının avtomobilini məhv edib

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus hərbi avtomobil məhv edilib.

“İki sahil” xəbər verir ki,  Sarıbaba yüksəkliyi yaxınlığında “Ural” markalı hərbi yük avtomobili PUA-nın zərbəsi nəticəsində məhv edilib.