03 avqust 2022 01:56
1183

Keçirdiyimiz xəstəliklərimizin psixoloji səbəbləri var imiş

Araşdırmalara görə, yaşadığımız əksər fiziki problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbi ilə baş verir. Mütəxəssislər bildirirlər ki, əgər düşüncələrimizi və emosiyalarımızı düzgün idarə edə bilsək, fiziki cəhətdən də gümrah olarıq. Amerikada edilən araşdırmalardan sonra məlum olub ki, xroniki xəstələrin əksəriyyətinin səbəbi ağır psixiloji  problemlərdir. Məsələn mədə problemləri, ağır stressdən, bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər. Unutmayaq ki, daxili aləmimizdə yaşadığımız hər bir sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür.

Psixoloqlar bildirirlər ki, alergiyalar insanlara qarşı kin, nifrət bəsləmə, öz gücünə inamsız yanaşmaqdan yarana bilər. Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir.

Alkoqolizmdən özünü olduğu kimi qəbul edə bilməyən, yararsız və günahkar hiss edən insanlar daha çox əziyyət çəkirlər.

İştahsızlığın səbəbləri isə rədd edilmə, insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır. Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır.

Artıq çəki problemini həyatdan, başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər yaşayırlar.

Yüksək hərarət isə Əsasən aqressiv,əsəbi insanlarda rast gəlinir. Həyatınızda həmişə qəzəbi hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır.

Baş ağrıları, baş gicəllənmələrinə isə özünü günahlandırma, qorxu, qərarsızlıq, dağınıq fikirlilik kimi problemlər səbəb olur.

Özündən getmə hallarında da qorxular mühüm rol oynayır. Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir. İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər.

Unutqanlıq,yaddaş zəifliyi isə özünü idarə edə bilməmə qorxusundan yaranır.

Boğaz ağrıları və iltihabı kimi xəstəliklər də ən çox söyləmək istədiklərini söyləyə bilməyən, başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir.

Bronxitdən hüzursuz bir ailə və iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər.

Miqren problemi isə mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür.

Mədə problemləri yenilikləri qəbul etməyə və alışmağa çətinlik çəkən insanlarda rast gəlinir.

Bel ağrıları həyatdan maddi, mənəvi dəstək almaq istəyən insanlarda görülür. Belə ki, belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq, kimlərdənsə maliyyə dəstəyi gözləyərkən, orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən, belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu, sevilmədiyini hiss etdiyi zamanlarda yaranır.

Diş ağrıları, diş əti problemləri qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir.

Dodaqda olan uçuqlar özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən, qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar.

Röya Rasimqızı, “İki sahil”