Rusiyanın məşhur ilahiyyatçı alimi Heydər Camalın nəvəsi, tanınmış jurnalist Orxan Camalın oğlu Mansur Camal da Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edək ki, Orxan Camal və digər 2 həmkarı - Aleksandr Rastorquyev və Kirill Radçenko 2018-ci il iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar “Vaqner” hərbi şirkəti haqqında reportaj hazırlamaq üçün getmişdilər. Rusiyalı müstəntiqlər rejissor Aleksandr Rastorquyev, hərbi müxbir Orxan Camal və operator Kirill Radçenkonun soyğunçuluq məqsədilə öldürüldüyü qənaətinə gəliblər.
Orxan Camal Moskvanın Xovansk qəbiristanlığında dəfn edilib.
Heydər Əliyev Fondu 2019-cu ildən Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqlarını öz üzərinə götürüb.